"Ştutqart" "Bayern Münhen"in 23 yaşlı hücumçu Nik Voltemade üçün göndərdiyi təklifi geri çevirib.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Almaniya nəhəngi milli üzvünü 40,5 milyon avroya almaq istəsə də, bu məbləğ qarşı tərəfi qane etməyib.
Mənbə "Ştutqart"ın Nikin satışından 80 milyon avro qazanmağı planlaşdırdığını bildirib. Xəbərə görə, "Bayern" artıq Voltemadenin transferindən vaz keçərək əsas diqqətini "Liverpul"un kolumbiyalı vingeri Luis Diasa yönəldib.
Qeyd edək ki, son mövsümdə bütün turnirlərdə 33 matça çıxan Voltemade 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı ön xətt oyunçusunun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat