AZ

1913-cü ilin rekordu hələ də qırılmayıb – Qeydə alınmış ən yüksək temperatur harada olub?

Qlobal istiləşmənin təsirləri hər keçən gün daha da şiddətləndikcə, tarixin tozlu səhifələrinə həkk olunmuş temperatur qeydləri yenidən diqqət mərkəzindədir.
 
Moderator.az xəbər verir ki, uzun müddətdir ki, 58 dərəcə selsi ilə rekorda sahib olduğuna inanılan Liviya etibarsız sayıldı və Yer kürəsinin ən isti nöqtəsi Amerika oldu.
 
Yer üzündə insan həyatına meydan oxuyan temperaturlar bəzən rekord səviyyələrə çata bilir. Ölçmə alətlərindəki irəliləyişlərlə bu qeydlər indi daha dəqiq qeydə alınır. Bununla belə, bəzi tarixi məlumatlar hələ də müzakirə mövzusu olaraq qalır.
 
Yer üzündə indiyə qədər ölçülən ən yüksək temperatur 1913-cü il iyulun 10-da ABŞ-ın Kaliforniya ştatında, Ölüm Vadisində qeydə alınıb. “Furnace Creek” stansiyasında ölçülən 56,7°C Ümumdünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən rəsmi olaraq tanınan ən yüksək temperatur olaraq qalır.
 
Ancaq bu ölçü illərdir müzakirə mövzusudur. Bəzi ekspertlər istifadə olunan alətlərin etibarlılığını və qeyd üçün ətraf mühit şəraitinin uyğunluğunu şübhə altına alırlar.
 
Uzun müddət rekordçu hesab edilən başqa bir temperatur 13 sentyabr 1922-ci ildə Liviyanın Əl-Əziziya şəhərində qeydə alınan 58.0°C idi. Lakin bu ölçü Ümumdünya Ticarət Təşkilatının ətraflı nəzərdən keçirməsindən sonra 2012-ci ildə etibarsız sayılıb.
 
Buna səbəb müşahidəçinin təcrübəsizliyi, istifadə olunan standartlara uyğun olmayan alətlər və nəticələri saxtalaşdıran ekoloji amillər olub. Beləliklə, 90 illik rekord rəsmi siyahılardan silinib.
 
Temperatur rekordları yalnız Amerika ilə məhdudlaşmır. 2016 və 2017-ci illərdə Yaxın Şərq və Cənubi Asiyada da diqqətəlayiq ölçmələr aparılıb.
 
Küveytin Mitriba bölgəsində 54,0°C, İraqın Bəsrə şəhərində 53,9°C və Pakistanın Turbat şəhərində 53,7°C temperatur qeydə alınıb. /Lent.az/
Seçilən
13
1
moderator.az

2Mənbələr