AZ

NATO ölkələri Ukraynaya silah tədarükünü sürətləndirməyin yollarını müzakirə edirlər

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

NATO ölkələri Rusiyaya qarşı mübarizəsi üçün Ukraynaya kritik ABŞ silahlarının tədarükü üçün yeni üsul hazırlayıb.

APA xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumatda bildirilir ki, variantlardan biri Avropada Müttəfiq Qüvvələrin Ali Baş Komandanı general Aleksus Qrinkeviçin rəhbərliyi altında Avropada xüsusi hesabların yaradılmasıdır.

Bu yolla onlardan silah və sursatların ödənişi üçün istifadə olunacaq, daha sonra üçüncü ölkələr vasitəsilə Ukraynaya göndəriləcək.

“Əsas məqsəd silahın istehsalını gözləmək deyil, Çexiyanın ABŞ-ın və digər ölkələrin anbarlarından və ya dünyanın müxtəlif bölgələrindən 155 mm-lik artilleriya mərmiləri aldığı kimi artıq mövcud ehtiyatlardan istifadə etməkdir.”, - məqalədə deyilir.

Burada əsas məsələ müttəfiqlərin də Ukraynaya öz silahlarını verə bilməsidir. Belə ki, Almaniya Ukraynaya göndərilən 3 “Patriot” HHM sistemini əvəz etmək üçün ABŞ-dan 8 “Patriot” sistemi alıb.

Məlumata görə ABŞ prezidenti Donald Tramp onların Ukraynaya tədarük etmələri şərtilə NATO müttəfiqlərinə silah satmağı planlaşdırır.

“Axios”un mənbələrinin məlumatına görə, bu sxem NATO-nun bu yaxınlarda keçirilən sammitində təklif edilib və Ukrayna və Avropa müttəfiqləri ilə müzakirə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
apa.az

2Mənbələr