AZ

“Belə istidə oynamaq təhlükəlidir”

“Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandes ABŞ-da keçirilən və son mərhələsinə yaxınlaşan klublarası dünya çempionatındakı hava şəraitindən narazılığını ifadə edib.

90deqiqe.Az xəbər verir ki, "Goal.com" argentinalı futbolçunun dediklərini belə çatdırıb.

“Ədalətli olmaq lazımdır – istilər dözülməzdir. Bir neçə gün əvvəlki oyunda başım hərlənməyə başladı, yerə çöküb dincəlmək məcburiyyətində qaldım. Belə temperaturda futbol oynamaq, açığı, çox təhlükəlidir.”

Xatırladaq ki, bu ilin iyulunda ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatının baş tutacağı iqlim şəraiti də bənzər müzakirələrə səbəb olub.

Klublarası dünya çempionatının final qarşılaşması 13 iyul bazar günü keçiriləcək. Həlledici oyunda “Çelsi” və PSJ üz-üzə gələcək.

Seçilən
17
90deqiqe.az

1Mənbələr