AZ

“Nyukasl" isveçli futbolçu ilə gücləndi

İngiltərə Premyer Liqası təmsilçisi “Nyukasl Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sağsağanlar” “Nottinqem Forest”in isveçli cinah oyunçusu Entoni Elanqanı transfer edib.

“Entoni Elanga uzunmüddətli müqavilə ilə komandamıza qoşuldu. O, “Nottinqem Forest”in 2024/25 mövsümündəki təsirli çıxışından sonra heyətimizə qatılır”, – klubun açıqlamasında deyilir.

23 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 43 oyuna çıxaraq 6 qola imza atıb. “Nyukasl Yunayted” bu transfer üçün qarşı tərəfə 60 milyon avro ödəyib.

Seçilən
19
90deqiqe.az

1Mənbələr