AZ

“Mbappedən gözləntilər yüksəkdir, çünki...”

Madrid “Real”ının sabiq futbolçusu Qaret Beyl hücumçu Kilian Mbappe haqda fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “Madrid Universal”a istinadən yaydığı xəbərə görə, uelsli ulduz fransız forvardın FİFA Klublararası dünya çempionatının yarımfinalında PSJ ilə oyundan (0:4) sonra ünvanına yönələn tənqidlərə də münasibət bildirib. 

“Deyə bilmərəm ki, Mbappe zəif mövsüm keçirdi. Amma onun adı və statusu elədir ki, insanlar ondan həmişə daha çoxunu istəyəcək.

PSJ ilə oyundan sonra səslənən tənqidlər? Bu çətindir, çünki o, hələ də qol vurur və yüksək nəticə göstərir. Amma komanda heç bir titul qazana bilmədi. “Real”da isə hər zaman gözlənti odur ki, biz hər şeyə sahib olmalıyıq” 

Seçilən
29
90deqiqe.az

1Mənbələr