“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
İdman.biz xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı futbolçu Rikardo Apolinarionu heyətinə qatıb.
26 yaşlı yarımmüdafiəçi ilə iki illik (1+1) müqavilə imzalanıb. Rikardo son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.
Qeyd edək ki, “Şamaxı” daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Enrike, David Tomas Dos Santos Oliveyranı transfer edib.
İdman.biz