Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” növbəti transferini reallaşdırıb.
Bu barədə 90deqiqe.Az-a Yevlax təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Milli komandanın sabiq üzvü Araz Abdullayevlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi son olaraq “Qaradağ-Lökbatan”da çıxış edib.