AZ

“Yurdumun Muğam Sədası” – Xüsusi Ehtiyacı olan Şəxslər üçün Dəstək Konserti

15 iyul 2025-ci il tarixində Humayın QHT tərəfindən təşkil edilən "Yurdumun Muğam Sədası" adlı xeyriyyə konserti keçiriləcək. Konsertin təşkilati dəstəyi Azərbaycan Dövlət Pedaqoji Kollecidir və konsert kollecin əsas korpusunda saat 19:00-da baş tutacaq. Konsertin əsas məqsədi Humayın QHT tərəfindən icra edilən "Yurdum sosial eko-kənd" layihəsi çərçivəsində fəaliyyət göstərən inklüziv icmanı dəstəkləməkdir.

"Yurdum" günərzi mərkəzi 15-ə yaxın xüsusi ehtiyacı olan şəxsin gündəlik həyat fəaliyyətini dəstəkləyir və onların fiziki, emosional rifahını yaxşılaşdırmaq üçün müxtəlif fəaliyyətlər təşkil edir. Bu xeyriyyə konsertindən əldə edilən vəsait xüsusi hazırlanmış (malmark.com) əl zənglərinin (handbells) alınmasına sərf ediləcək. Bu musiqi alətləri mərkəzdə xüsusi ehtiyacı olan şəxslərlə birgə əl zəngləriylə orkestrin qurulmasına imkan yaradacaq.

Tədbirin xüsusi qonağı Amerikalı musiqiçi, Azərbaycan muğamının tədqiqatçısı və eksperti Cefri Verbok olacaq. Onun təqdimatında səslənəcək muğam nümunələri tədbirə xüsusi rəng qatacaq.

Bu təşəbbüs vasitəsilə Humayın QHT inklüziv cəmiyyətin gücləndirilməsi, xüsusi ehtiyaclı şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması və onların sosial inteqrasiyasına dəstək verməyi hədəfləyir.

Seçilən
0
2
sabahinfo.az

3Mənbələr