AZ

İran Qətərdə ABŞ-nin radar stansiyasını məhv edib - KİV

Peyk məlumatları göstərir ki, İran Qətərdəki ABŞ-nin Əl-Udeyd bazasına endirdiyi raket zərbəsinə cavab olaraq ABŞ ordusuna məxsus W və ya X diapazonlu radiolokasiya stansiyasını məhv edib. Belə radarlar erkən xəbərdarlıq sisteminin bir hissəsi kimi ballistik və qanadlı raketləri aşkar etmək üçün istifadə olunur.

Qaziler.az bildirir ki, bunu “Pars Today” yazıb.

Nəşr qeyd edib ki, bu məlumatlar bazanın zədələnmədiyini iddia edən ABŞ və Qətərin əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir.

Bu terminalın Əl-Udeyd bazasında quraşdırılması 15 milyon ABŞ dollarına başa gəlib. O, bölgədəki CENTCOM komandanlığı, ABŞ və dünyanın digər qüvvələri arasında təhlükəsiz səs, video və məlumat ötürülməsini təmin edib.

Peyk məlumatlarına əsasən, bu sistemin radar günbəzi və antenası məhv edilib. Lakin Tramp bundan əvvəl İranın bütün raketlərinin ələ keçirildiyini və onlardan birinin təhlükəsiz zonaya düşdüyünü bildirib.

İran rəsmiləri atılan 14 raketdən altısının Qətərdəki Amerika bazasına düşdüyünü rəsmən bəyan ediblər.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr