Yoav Qalant İranı hədələdi -
Sabiq İsrail müdafiə naziri Yoav Qalant İranın nüvə proqramını genişləndirməyə davam edəcəyi təqdirdə bu obyektlərə yeni hücumların ola biləcəyini açıqlayıb. Metbuat.az xəbər verir ki, o, dini lider Əli Xameneiyə ünvanladığı açıq məktubu sosial şəbəkədə paylaşaraq “artıq seçim etməlisən” deyib. Qalant paylaşımında bildirib ki, İranın əməliyyatları uğursuzluğa düçar olub və 12 günlük son döyüşlərdə bu sistem “isti bıçaqla kəsilən kərə yağı kimi” çökdürülüb.İsrailin İranın nüvə fəaliyyətlərini diqqətlə izlədiyini qeyd edən Qalant “nüvə proqramınızı sürətləndirə bilərsiniz, amma inşa etdiyinizi yəqin ki, görəcəyik və gördüyümüzü də vuracağıq” sözləri ilə Tehran rəhbərliyinə açıq mesaj verib.O, həmçinin İranın ərazi baxımından İsraildən 60 dəfə böyük və 90 milyon əhalisi olmasına baxmayaraq, bu gün tarixində heç olmadığı qədər zəif olduğunu iddia edib.