ain.az bildirir, Avtosfer portalına istinadən.
2025-сi ilin yanvar-iyun aylarında Azərbaycanda 2132 ədəd minik avtomobili istehsal olunub.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobillərinin istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 100 ədəd və ya 4,9% artıb. 01.07.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 36 ədəd olub.
2025-сi ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 12% azalaraq 271 ədədə, yük avtomobillərinin istehsalı isə 47,1% azalaraq 146 ədədə düşüb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.