AZ

Dünyanın ən nadir qan qrupu kəşf edildi

Fransız alimlərin apardığı adi bir qan testi gözlənilməz tibbi sirri üzə çıxarıb - Qvadelupadan olan bir qadının qanında indiyədək məlum olmayan, planetin ən nadir qan qrupu aşkar edilib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, "Qvada-mənfi" adlandırılan bu yeni qan qrupu elm dünyasına tanınmış 48-ci qan qrupu kimi daxil olub.

Maraqlıdır ki, qadının qanı heç bir donor nümunəsi ilə uyğun gəlməyib - hətta onun doğma qardaşlarının qanı belə. Həkimlərin dediyinə görə, bu unikal qan o qədər fərqlidir ki, uyğun donor tapmaq mümkün olmayıb.

Qadının qanı ilə bağlı sirrin açılması üçün alimlər genetik analizlərə müraciət edib. 20 mindən çox geni əhatə edən ekzom ardıcıllığı vasitəsilə PIGZ adlı bir gendə mutasiya aşkarlanıb. Bu gen hüceyrə membranında mühüm molekulların qurulmasında iştirak edən fermenti kodlayır. Nəticədə, qan hüceyrələrinin səthində fərqli bir antigen meydana çıxır - bu da "Qvada-müsbət" və "Qvada-mənfi" adlı yeni qan növlərinin yaranmasına səbəb olub.

Hal-hazırda qadın "Qvada-mənfi" qan qrupunun dünyadakı yeganə tanınmış daşıyıcısıdır. Alimlər laboratoriyada gen redaktə texnologiyası ilə bu mutasiyanı yenidən yaradaraq tapıntılarını təsdiqləyiblər. Onun qanına uyğun donor tapmaq isə hələ də mümkün deyil.

Seçilən
3
7
musavat.com

8Mənbələr