İndoneziyada dəhşətli hadisə baş verib.
Milli.Az bu barədə REN TV-yə istinadla xəbər verir ki, nəhəng piton fermeri diri-diri udub.
Hadisə 61 yaşlı kişinin mal-qarasını yemləmək üçün evdən çıxmasından sonra baş verib.
Onun itkin düşdüyü iki gün ərzində heç kim kişidən xəbər ala bilməyib.
Yerli sakinlər fermanın yaxınlığında qeyri-adi dərəcədə enli və 4-5 metr uzunluğunda bir piton görüblər. Şübhələnən kəndlilər ilanı öldürərək qarnını yardıqda, fermerin cansız bədəni onun içərisindən çıxıb.