AZ

Almaniya kansleri: Rusiya Ukraynaya 500 milyard avro təzminat ödəməlidir

ain.az, 525.az portalına istinadən məlumat verir.

Rusiya Ukraynaya dəymiş ziyana görə 500 milyard avro təzminat ödəməlidir.

525.az xəbər verirki, bu barədə Almaniya kansleri Fridrix Merts Romada Ukraynanın bərpası üzrə konfransda bildirib.

"Biz maddi ziyanı təxminən 500 milyard avro qiymətləndiririk. Bu məbləğə görə Rusiya məsuliyyət daşımalıdır", - kansler əlavə edib.

Merts söyləyib ki, bu kompensasiyanın ödənilməsi Rusiya aktivlərinin blokdan çıxarılması üçün məcburi şərtdir.

Almaniya kansleri konfransda Rusiya rəhbərliyinə müraciət edərək deyib ki, “iz təslim olmayacağıq”. Bundanəvvəl isə o, Ukrayna münaqişəsinin həlli üçün diplomatik imkanlar tamamilə tükəndiyini deyərək, Rusiya təcavüzü ilə mübarizədə Kiyevə yardımı davam etdirmək niyyətində olduğunu təsdiqləyib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
525.az

1Mənbələr