AZ

ABŞ 500 milyon dollarlıq yardımı təsdiqlədi

Senatın Silahlı Qüvvələr Komitəsi 2028-ci ilə qədər Ukraynaya 500 milyon dollar hərbi yardımın ayrılmasını təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu müddəa komitənin təsdiq etdiyi 2026-cı maliyyə ili üçün ABŞ-ın müdafiə büdcəsi layihəsində yer alıb.

Komitənin dərc etdiyi fon materiallarına görə, qəbul edilmiş qərarlar "Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsünün (USAI) 2028-ci ilə qədər uzadılmasını və bu proqram üçün maliyyənin 500 milyon dollara qədər artırılmasını" nəzərdə tutur.

Komitənin təklif etdiyi hərbi büdcədə ABŞ-nin siyasətinin Ukraynaya etibarlı müdafiə və çəkindirmə potensialı yaratmaqda köməklik göstərmək, eləcə də ölkəni müdafiə etməyə qadir Ukrayna Silahlı Qüvvələrinin formalaşdırılması üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək olduğu bildirilir.

Seçilən
6
unikal.az

1Mənbələr