AZ

Fazil Mustafaya sui qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun həbs müddəti uzadılıb. Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya vəkil Bəxtiyar Hacıyev məlumat verib. Bununla bağlı Səbail rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə həbs müddətinin 4 ay uzadılması barədə qərar verib. Qeyd edək ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə cinayətinə hazırlıq) maddəsi ilə ittiham elan olunub. Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
6
avtosfer.az

10Mənbələr