AZ

AFFA qərarsız, klublar aciz, PFL çarəsiz durumda

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlanmasına vur-tut 35 gün qalır.

Normalda klublarda bir çox suallara aydınlıq gəlməli idi.

Amma hələ də qeyri-müəyyənlik davam edir.

Hər şey bir kənara, adicə elitanın az qala yarısı "ev oyunlarını harada keçirəcək" sualına cavab tapa bilmir.

AFFA qərarsız, klublar aciz, Peşəkar Futbol Liqası çarəsiz durumdadır.

Bəli, "İmişli" və "Kəpəz"in Ağsuda, "Karvan"ın Yevlaxada, "Turan Tovuz"un isə "Azərsun Arena"da rəqiblərini qəbul edəcəyi deyilir.

Sadəcə deyilir. Şayiələr, iddialar, ehtimallar və.s.

Dəqiq olan isə nəsə yoxdur.

Nə klublar bu barədə dəqiq fikir bildirə bilir, nə də AFFA.

Açıqlama üçün hansının qapısını döyürsənsə, naməlum cavablar eşidirsən.

Burada ən böyük çətinlik PFL-in üzərinə düşür.

AFFA və klubların məsuliyyətsizliyinin əziyyətini adıçəkilən qurum ödəməli olacaq.

Axı təşkilatçılıq məsuliyyəti onların üzərindədir.

Hər gecikən bir gün PFL-in "zaman kisəsi"ndən gedir.

Onsuz da məhdud büdcə, kasad kollektivi olan qurum böyük çətinliklər, fədəkarlıqlar bahasına irimiqyaslı işlərin öhdəsindən gəlir.

Bir tərəfdən də zamanla bağlı yaradılan mənasız maneə onları qayğılandırmaya bilməz.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
16
sportinfo.az

1Mənbələr