AZ

Bu ölkədə "feyk xəbər" yayanlar cərimələnəcək

Qırğızıstan Prezidenti Sadır Japarov kütləvi informasiya vasitələri və internetdə həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə cərimələr nəzərdə tutan qanunu imzalayıb.

Milli.Az xəbər verir ki, bu qanun KİV və sosial şəbəkələrdə dezinformasiyanın qarşısını almağı hədəfləyir.

Sənəddə vətəndaşların və media qurumlarının yalan məlumat yayması halında cərimə və digər inzibati tədbirlərin tətbiq ediləcəyi qeyd olunub.

Qanun artıq rəsmi şəkildə qüvvəyə minib. Rəsmilər bunun informasiya təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığını bildirsələr də, hüquq müdafiəçiləri bu addımın söz və mətbuat azadlığına təzyiq vasitəsi kimi istifadə oluna biləcəyindən narahat olduqlarını ifadə ediblər.

Qeyd edək ki, son illərdə Mərkəzi Asiya ölkələrində rəqəmsal platformalara və media orqanlarına nəzarət gücləndirilir. Bu tendensiya beynəlxalq təşkilatların diqqətini çəkir və tənqidlərə səbəb olur.

Milli.Az

Seçilən
26
3
milli.az

10Mənbələr