AZ

"Ukrayna dronları Rusiyaya Qazaxıstandan daxil olur" - Mariya Astananı şərlədi

Avropa Birliyinin əsas informasiya saytı xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dediklərini təkzib edib.

Söhbət ondan gedir ki, iyunun 19-da Qazaxıstanın qərbində, Manqistau vilayətində, sərhəd dəmir yolu stansiyası yaxınlığında drona bənzəyən şübhəli obyekt qəzaya uğrayıb. Bu faktdan istifadə edən Rusiya belə bir iddia ortaya atıb ki, Ukrayna Rusiyaya dron zərbəsi endirmək üçün Qazaxıstan ərazisindən istifadə edir.

Sonra məlum olub ki, qəzaya uğrayan obyekt İrana məxsus “Arash-2” dronudur.

Kazakhstan

Qazaxıstanın cavabı belə olub: “Qazaxıstan ərazisindən Rusiya istiqamətində pilotsuz təyyarələrin buraxılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Son aylarda Qazaxıstan ərazisində 3 dəfə dron qalıqları aşkar edilib. “Euronews.com” saytı yazır ki, iyunun əvvəlində müdafiə nazirinin birinci müavini Sultan Kamaletdinov pilotsuz təyyarələrin mənşəyinə münasibət bildirərkən deyib ki, onlar Rusiyanın sınaqdan çıxardığı dronlardır. Qərbi Qazaxıstan vilayətində aşkar edilən PUA-ların 90%-dən çoxu Rusiyanın 926-cı Baş Uçuş Test Mərkəzinin sınaq meydançasından havaya qalxıb.

Eyni yanaşmanı İran da Azərbaycana qarşı sərgiləmişdi. Özü də son dərəcə təkidlə. Rəsmi Tehran İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin dili ilə Azərbaycana qarşı hücuma keçmişdi.

The

Mehdi Sobhani

Sobhani belə demişdi: “İsraillə İran arasında münaqişə zamanı az sayda İsrail pilotsuz təyyarəsinin qonşu ölkələrdən, xüsusən də Azərbaycandan İran ərazisinə daxil olması barədə rəsmi Tehran məlumatlara malikdir”.

Bu yaxınlarda Xankəndində olan İran prezidenti Məsud Pezeşkian isə 7 iyulda İranın şimalında yerləşən Gilan vilayətində vilayət şurasının iclasında bu iddianı rədd etdi. Dedi ki, yayılan bəzi şayiələrin əksinə olaraq, İranın təhlükəsizlik orqanları bəzi qonşu ölkələrin İrana hücumlar zamanı İsraillə hərbi əməkdaşlıq etdiyinə dair hər hansı bir əlaməti təsdiqləməyiblər.
Rusiya və İran hərbi baxımdan üzləşdikləri uğursuzluğu qonşuların boynuna atmaq istəyir. Bu isə təəssüf doğurur.

Elbəyi Həsənli,
Sürix

Seçilən
6
1
musavat.com

10Mənbələr