AZ

"Qarabağ" üçüncü yeni oyunçusu ilə neçə illik müqavilə bağladı?

«Qarabağ»ın bir qədər öncə yeni transfer etəməsini xəbər vermişdik.

«Köhlən atlar»ın anlaşdığı əcnəbi Kris Kuakudur.

Qurban Qurbanovun bəyəndiyi isim Fil Dişi Sahilindəndir. Onun 25 yaşı var və yarımmüdafiəçidir.

Ağdam klubunun Kuaku ilə hansı müddətdə müqavilə bağlaması da artıq məlumdur. O, qarşıdakı 3 ildə ölkəmizin çempionunun uğurları üçün tər tökəcək.

Afrikalı bura Portuqaliyadan gəlib. Son üç mövsümü «Mafra»da keçirən Kuakuya görə qarşı tərəfə təzminat ödənilib.

ib. Bundan öncə isə Danimarkada «Sfaheym» və «Midtyuland»ın formasını geyinib.

«Qarabağ» bu yay Portuqaliyadan iki nəfər də gətirib. İkinci Liqadan Dani Bolt ("Torreense") və Pedro Bikalyo ("Alverka") ilə uzunmüddətli müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Seçilən
17
1
sportinfo.az

4Mənbələr