Adriel Ba Lua karyerasını Azərbaycanda davam etdirəcək.
Moderator.az Sport1.az-a istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçu "Qəbələ" ilə razılaşıb.
Hazırda düşərgədə olan vingerin keçidi tezliklə açıqlanacaq.
Qeyd edək ki, 28 yaşlı afrikalı karyerası ərzində "ASEK Mimozas" (Fil Dişi Sahili), "Lill B", "Kan" (hər ikisi Fransa), "Vayle" (Danimarka), "Karvina", "Viktoriya" (Plzen), "Lex" kimi klublarda çıxış edib. Meydana çıxdığı 260 matçda 26 qol vurub, 40 məhsuldar ötürmə edib.
Ba Lua Fil Dişi Sahilinin U-16 və U-20 komandalarında da top qovub.