AZ

Komitə sədri Balakəndə vətəndaşların müraciətlərini dinləyib

İyulun 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşlarla görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, xatirəsi ehtiramla yad edilib.

Görüşdə Balakən və Zaqatala rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında uşaqla uğurlu ünsiyyətin qurulması, sosial dəstəyin göstərilməsi, ailələr arasında yaranan problemin həllinə kömək göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, uşaqların müalicəsi, əlillik statusunun təyin olunması, işlə təminat, ailədaxili münasibətlər və digər məsələlər yer alıb.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

Seçilən
39
3
azerbaijan-news.az

10Mənbələr