“Trabzonspor” komandasının anlaşdığı Felipe Auqusto Türkiyəyə gəlib.
SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qara dəniz təmsilçisi 21 yaşlı braziliyalı hücumçunun klubu "Serkl Brügge" (Belçika) ilə razılıq əldə edib.
Onunla bağlanacaq müqavilənin detalları bəlli deyil.