AZ

Ərdoğan PKK-nın silahları təhvil verməsi barədə paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş PKK terror təşkilatı tərəfdarlarının bu gün İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsi barədə paylaşım edib.

Operativ Media xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Terrorsuz Türkiyə" hədəfimizə gedən yolda bu gün atılan mühüm addımın xeyirlərə vəsilə olmasını diləyirəm. Ölkəmizin təhlükəsizliyi, millətimizin əmin-amanlığı və bölgəmizdə davamlı sülhün bərqərar olması istiqamətində yolumuza davam edərkən Allah bizə qarşıya qoyduğumuz məqsədlərə çatmağı nəsib etsin",-Türkiyə Prezidenti vurğulayıb.

Seçilən
12
4
operativmedia.az

3Mənbələr