AZ

67 milyon avroya aldılar - 6 illik müqavilə imzalayacaqlar

“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt karyerasını “Tottenhem”də davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 25 yaşlı futbolçunun transferi ilə bağlı tam razılığa gəliblər.

Müqavilənin ümumi dəyəri 67 milyon avro təşkil edir. Gibbs-Uayt “Tottenhem”lə müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayacaq.

İngiltərəli futbolçu son mövsümdə bütün turnirlərdə ümumilikdə 38 oyuna çıxaraq, 7 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
1
1
sportinfo.az

2Mənbələr