AZ

Məktəblərdə kişi müəllimlərin sayı niyə BU QƏDƏR AZDIR?

Azərbaycanda orta məktəblərin əksər müəllimləri qadınlardan ibarətdir. Hələ ötən illərdə Elm və Təhsil naziri Emin Əmrullayev təhsil sahəsində çalışan qadınların sayı ilə bağlı bəyan etmişdi ki, Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir. Bəzi mütəxəssislər hesab edir ki, orta məktəblərdə qadın müəllimlərinin çoxluğu xüsusilə də oğlan uşaqlarının psixologiyasına öz təsirini göstərir.


Ümumiyyətlə Azərbaycanda kişi müəllimlərinin sayı niyə bu qədər azdır? Kişi müəllimlərinin məktəblərdə daha az və ya çox olmasının ümumi orta təhsilə təsiri necədir?


Mövzuyla bağlı Elçin Süleymanov REFERANS-ın suallarını cavablandırıb.  Təhsil eksperti bildirib ki, Azərbaycanda orta məktəbdə qadın müəllimlərin çoxluğu şübhəsizdir. Xüsusilə Bakı-Abşeron və böyük şəhərlərdə müəllimlərin böyük əksəriyyəti qadınlardır. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri var. Birinci olaraq qadınların işləyə biləcəyi bir sahədir. Kişilərin bu sahədən yayınması isə ailə başıçısı olduğu üçün onlar daha çox gəlir gətirən sahələrə yönəlir və bu məqamda başa düşüləndir. Bu isə Azərbaycanla əlaqəli bir problem deyil. Belə demək olar ki, məktəb heyətinin 30-35 %-inin kişilərdən formalaşması şagirdlərin şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərər. Şagird on bir il məktəbdə olur və burada özünə müəyyən mənada nümunə götürəcək şəxs seçir. 




Ekspert hesab edir ki, kişi müəllimlərin çoxalması faydalı ola bilər. Daha sonra ekspert sözlərinə davam edərək deyib ki, son illərdə istər işə qəbul imtahanı, istər pedoqoji fakültədə oxuyanlara əlavə təqaüd verilməsi artıq kişi müəllimlərində orta məktəbdə tədris prosesinə müsbət zəmin yaradıb. Statistikaya görə əvvəl ki illərə nisbətən daha da yaxşılaşma müşahidə olunur.


"Bu proesesi bu formada öz axarında buraxmaq doğru deyil.  Yəni qadın müəllimləri ixtisar edib kişi müəllimləri artırmaq da mümkün deyil, bu könüllü fəaliyyətdir. Sadəcə burada kişi müəllimlərində pedoqoji prosesə qayıtması daha çox olması istiqamətində müxtəlif tövsiyələr və marifləndirici tədbirlər, bəzi təşviqlər faydalı olardı",-deyə Elçin Süleymanov əlavə edib.


Ləman Xalıqova

Referans.az  

Seçilən
48
referans.az

1Mənbələr