AZ

Talibandan İrana XƏBƏRDARLIQ KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Taliban hökuməti İrana əfqan qaçqınlara qarşı qeyri-insani rəftar və onların kütləvi şəkildə deportasiyası ilə bağlı xəbərdarlıq edib.

KONKRET.az “Iran International”a istinadla xəbər verir ki, bu barədə Taliban hökumətinin baş nazirinin müavini Moləvi Əbdülsəlam Hənəfi açıqlama verib. O, deportasiya zamanı zorakı və ədalətsiz davranışların iki ölkə xalqları arasında gərginlik və nifrətə yol açdığını bildirib.

Taliban rəsmisi qeyd edib ki, deportasiya prosesi tədricən, insan ləyaqətinə uyğun və qonşuluq prinsipləri çərçivəsində həyata keçirilməlidir.

“Əfqan qaçqınlarına qarşı alçaldıcı və qeyri-insani rəftardan çəkinmək vacibdir”, – deyə Hənəfi vurğulayıb.

Natiq Səlim,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
konkret.az

2Mənbələr