AZ

Osimhen bu kluba keçmək istəyir Açıq mesaj

Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qalatasaray”ın hücum xəttinə transfer etməyə çalışdığı Viktor Osimhenlə bağlı danışıqlarda son mərhələyə daxil olunub. İtaliya mətbuatının yaydığı məlumata görə, nigeriyalı futbolçu transfer görüşməsinə videobağlantı ilə qatılaraq “Qalatasarayda oynamaq istəyirəm, bu məsələdə kömək edin” deyə “Napoli” rəhbərliyinə müraciət edib.

Metbuat.az xəbər verir ki, transferin hələlik rəsmiləşməməsi səbəbindən “Qalatasaray” rəhbərliyində təmsil olunan Abdullah Kavukçu və Corc Qardi planlaşdırılmış uçuşu təxirə salıblar. Yaxın günlərdə danışıqların davam etdirilməsi üçün yeni görüş planlaşdırılır.

Məlumata görə, İstanbul klubu Osimhenin transfer haqqını beş hissə ilə ödəməyə hazır olduğunu bildirib. Lakin “Napoli” bu plana əlavə olaraq bank təminat məktubu tələb edib. “Qalatasaray” bu şərti də qəbul edib və 70 milyon avroluq rəsmi təklif göndərib. Son qərar “Napoli”yə aiddir. Klub razılıq versə, Osimhenin yaxın günlərdə İstanbula gəlməsi gözlənilir.

Qeyd edək ki, Osimhen daha əvvəl “Qalatasaray” forması ilə 41 oyunda 37 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
metbuat.az

2Mənbələr