AZ

“Azərreyl”də yeni legionerlər hərəsi bir ölkədən

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Qadın voleybolçulardan ibarət "Azərreyl" komandası mövsümlərarası fasilədə heyətini yeni əcnəbi oyunçularla gücləndirib.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu heyətinə daha dörd legioner cəlb edib.

Bunlar koreyalı toppaylayıcı Sol Koo, kubalı blokçu Daima Preval, həmçinin hücumçular - braziliyalı Qrasiela Souza və serbiyalı Ana Kruldur.

"Azərreyl" həmçinin Puerto-Rikodan olan libero Naika Beniteslə müqavilənin müddətini uzadıb və heyətini Azərbaycan millisinin iki voleybolçusu – Şəfaqət Alışanova və Anastasiya Baydyukla gücləndirib.

Qeyd edək ki, yeni mövsümdə də komandanı italiyalı Paolo Tofoli çalışdıracaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
icma.az

2Mənbələr