AZ

Mədəniyyət nazirliyi kimi aldadır: medianı, cəmiyyəti, yoxsa dövləti? - Nazirin qrafiki başqa suallar da doğurur

30 iyun 2025-ci ildə ölkənin aparıcı kütləvi informasiya vasitələrində Mədəniyyət Nazirliyinin rəsmi məlumatı yayılmışdı. Məlumatda deyilirdi ki, nazir Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək və qəbul iyulun 11-i saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində olacaq. Həmin tarixdə Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşlara nazirin qəbuluna düşmək üçün iyulun 7-dək vaxt verilmişdi.

Bu gün 11 iyuldur və yenə KİV-də yayımlanan məlumatlara görə, Mədəniyyət naziri Adil Kərimli iyulun 11-də Lerik şəhərində vətəndaşları qəbul edib. Bu barədə saat 14:58-də "Report" İnformasiya Agentliyinin Mədəniyyət Nazirliyinə istinadən yaydığı xəbərə görə, qəbulda Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Mədəniyyət naziri Lerikdə vətəndaşları qəbuledir. Rəsmi məlumata görə, qəbul 11:00-da başlamalı idi.

Amma bu gün mediada başqa bir məlumat da yayılıb. "Report" İA tərəfindən 15:48-də yayılan bu məlumata görə, bu gün Mədəniyyət naziri Adil Kərimli bir sıra ali məktəbin rektoru ilə görüş keçirib.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova iştirak ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov saat 13:08-də öz Facebook səhifəsində sözügedən tədbir barədə məlumat yayıb və foto paylaşıb.

Mədəniyyət naziri bu gün saat 13:08-dən öncə ali məktəb rektorları ilə görüşüb.

İndi vaxtı və yolu hesablamağa çalışaq: bu gün saat 11-də hörmətli Mədəniyyət nazirimiz Lerikdə vətəndaşları qəbul edib və təxmini hesablamaya görə, vətəndaşları dinləməyə Adil Kərimov 2 saat vaxt sərf edib. Beləliklə, nazirin qəbulu təxminən saat 13:00-da yekunlaşıb. Lerikdən Bakıya məsafə 294 kilometrdir, bu məsafəni normal şərtlərdə avtomobillə 3 saat 30 dəqiqə ərzində qət etmək mümkündür. Deməli, saat 13:08-də Mədəniyyət naziri heç bir halda Bakıda ola və rektorlarla görüşə bilməzdi. Əgər bu saatda nazir Bakıda olub və rektorlarla görüşübsə, deməli, saat 11:00-da Lerikdə olmayıb!

Bakı-Lerik avtomobil marşrutu

Seçilən
29
1
aznews.az

2Mənbələr