AZ

Birinci yarımildə bir istehlakçı orta hesabla ayda 614,8 manat xərcləyib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 11 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 37,7 milyard manat olmaqla, 2024-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 5,1 faiz artıb, ümumi dəyərin 78,5 faizini pərakəndə ticarət dövriyyəsi, 18,2 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 4,9 faiz artaraq 36,2 milyard manata bərabər olub, onun 43,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Bu ilin birinci yarısında bir istehlakçı orta hesabla ayda 614,8 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 56,9 manat çox vəsait xərcləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
2
azertag.az

10Mənbələr