ain.az, Avtosfer saytına istinadən bildirir.
Bu gün bir çox adamı düşündürən suallardan biri budur: yağışlı havada, yaxud gölməçədən keçdikdə salondakı şəxsi cərəyan vura bilərmi?
Avtosfer.az xəbər verir ki, məsələyə son nöqtəni qoymaq üçün Almaniyanın ADAC avtomobil klubu maraqlı test həyata keçirib. Hərbi poliqonda sınaq zamanı 2022-ci il istehsalı olan “Citroën ë-C4” elektromobili suya daldırılıb. Maşının içində peşəkar dalğıc da olub.
Sınaq zamanı elektromobilin elektrik şəbəkəsində heç bir qısaqapanma baş verməyib. Şüşəqaldıran sistem isə 12 dəqiqə ərzində aktiv olub.
Yüksəkgərginlikli batareyalara gəlincə. Onlar polad qəlibdə və tam hermetik şəraitdə yerləşdiyindən su ümumiyyətlə daxil olmayıb.
ADAC klubu bildirib ki, yağışlı havada elektromobildə kimisə cərəyan vurması barədə söz-söhbətlərin heç bir əsası yoxdur. Digər tərəfdən, yağış, çay və göl suları dəniz suyu kimi aqressiv deyil. İşin fiziki və kimyəvi tərəfinə gəlincə isə, şirin suyun keçiriciliyi şor sudan dəfələrlə aşağıdır.
Bir sözlə, elektromobillə yağışlı havada hərəkət etməyin heç bir təhlükəsi yoxdur. Amma nəzərə alaq ki, istənilən maşının salonuna su dolduqda salonu korlaya bilər.
Vüqar
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.