AZ

Silahı yerə qoyan PKK qruplaşmasından açıqlama: “Azad iradə ilə bu qərarı verdik”

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün “Terrordan Azad Türkiyə” prosesi çərçivəsində tarixi hadisə baş verib – terror təşkilatı PKK 41 illik silahlı fəaliyyətinə son qoyduğunu elan edib.

Turkustan.az xəbər verir ki, İraqın Süleymaniyyə bölgəsində yerləşən bir kənddə təşkil olunan ilk tərksilah mərasimində 30 PKK üzvü – o cümlədən 4 dəstə rəhbəri – silahlarını rəsmi şəkildə məhv edib. Bildirilir ki, silahların yandırılmasına dair görüntülərin yayımlanması da planlaşdırılır.

Silahlarını məhv edən PKK üzvləri adından yayılan bəyanatda deyilir:

“Demokratik dəyişiklik və transformasiya prosesini sürətləndirmək məqsədilə yaradılmış Sülh və Demokratik Cəmiyyət Qrupu olaraq burada iştirak edən və bu tarixi demokratik təşəbbüsə şahidlik edən hər kəsi hörmətlə salamlayırıq. Biz bura, Abdullah Öcalanın 19 iyun 2025-ci il tarixli çağırışına cavab olaraq gəlmişik. Həmçinin 27 fevral 2025-ci ildə elan etdiyi Cəmiyyət Çağrısı və PKK-nın 5–7 may tarixlərində keçirilən 12-ci Qurultayının qərarları çərçivəsində hərəkət edirik.”

Qeyd edək ki, bu hadisə Türkiyə və region üçün yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir və prosesin davamında digər PKK qruplarının da silahı yerə qoyacağı gözlənilir.

Bəyanatın davamında aşağıdakılar qeyd olunub:

“Sülh və Demokratik Cəmiyyət prosesinin əməli uğuru naminə, xoşməramlılıq və qətiyyət addımı olaraq, demokratik siyasi-hüquqi üsullarla və demokratik inteqrasiya qanunlarının qəbuluna əsaslanaraq, azadlıq, demokratiya və sosializm uğrunda mübarizəmizi davam etdirmək məqsədilə, azad iradəmizlə silahlarımızı məhv edirik.Ümid edirik ki, atdığımız bu tarixi addım başda qadınlar və gənclər olmaqla bütün xalqımıza, Türkiyə və Yaxın Şərq xalqlarına, eyni zamanda bütün bəşəriyyətə sülh və azadlıq gətirəcək.”

Bəyanatın sonunda PKK üzvləri, Abdullah Öcalanın: “Silahın deyil, siyasətin və ictimai sülhün gücünə inanıram və sizi bu prinsipi həyata keçirməyə çağırıram” sözlərini qəbul etdiklərini ifadə ediblər:“Bu tarixi prinsipə ürəkdən razıyıq və onun tələblərini yerinə yetirməkdən böyük qürur duyuruq".

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
icma.az

2Mənbələr