AZ

Azərbaycanda mənzillər 13%-dən çox bahalaşıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 13.8% artıb.

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.

Bu ilin I yarımilində ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.9%, təkrar mənzil bazarında isə 13.8% artıb.

Qeyd edək ki, 2025-ci ilin II rübündə mənzil bazarında qiymətlər 2025-ci ilin I rübü ilə müqayisədə 1,1%, o cümlədən ilkin mənzil bazarı üzrə 3,2%, təkrar mənzil bazarı üzrə 1,1% artıb. (Apa)

Seçilən
6
5
fed.az

6Mənbələr