AZ

Bu dəfə Ukraynada doğum evini hədəf aldılar

Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya ordusunun Xarkov şəhərinə endirdiyi hava hücumu zamanı bir doğum evinin də hədəf alındığını, içəridə olan bir neçə nəfərin yaralandığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Ukrayna KİV məlumat yayıb.

Zelenski "Telegram" hesabında etdiyi paylaşımda, bu gün Rusiyanın ölkəsinə pilotsuz uçuş aparatları (PUA/İHA) ilə hücum etdiyini bildirib.

Zelenski Xarkov şəhərinə edilən hücumda 9 nəfərin yaralandığını bildirib. 

O, həmçinin bir doğum evinin də hədəf alındığını və orada olan "bir neçə nəfərin" yaralandığını qeyd edib.

"Yaralılar arasında doğum edən və əməliyyat olunan qadınlar var. Ruslar pilotsuz uçuş aparatları (PUA-lar/İHA-lar), raketlər və hava bombaları ilə davamlı olaraq hücum edirlər".

Seçilən
18
operativmm.az

1Mənbələr