ain.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Thierry Burkhard fransız cəmiyyətində Rusiya ilə müharibə təhlükəsi mövzusunun şişirdilməsinə qarşı çıxıb.
Doğru.az xəbər verir ki, general Rusiya ilə bağlı risklərin olduğunu etiraf etsə də, bu səbəbdən cəmiyyətdə qorxu yaratmağın yersiz olduğunu bildirib:
“Rusiyadan təhlükə var. Amma bu o deməkdirmi ki, biz fransızları qorxutmalıyıq? Mən belə düşünmürəm”, – deyə o, RİA Novosti-yə açıqlamasında bildirib.
Thierry Burkhard əlavə edib ki, təkcə Rusiya deyil, digər regionlardan – Afrikadan, Yaxın Şərqdən və hətta kosmosdan da təhlükələr mövcuddur. Buna görə də təhlükəsizlik məsələlərinə daha geniş yanaşma vacibdir.
Qeyd edək ki, Fransa generalları və bir sıra siyasi dairələr son zamanlar Rusiyanın Avropa İttifaqı üçün əsas təhlükə olduğu fikrini dəfələrlə dilə gətiriblər.
Eyni mövzuya münasibət bildirən Rusiya xarici işlər naziri Sergey Lavrov isə Kuala Lumpurda keçirdiyi mətbuat konfransında bəyan edib ki, bir sıra Avropa liderləri Moskva ilə açıq qarşıdurmanı gündəmə gətirməyə çalışır.
DOĞRU.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.