AZ

“AccessBank” və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İnsan kapitalının davamlı peşəkar inkişafını strateji prioritet kimi müəyyən edən “AccessBank” Xəzər Universiteti ilə birgə həyata keçirdiyi “İdarəetmənin əsasları” təlim proqramını uğurla yekunlaşdırıb.

Müasir iş mühitində çevik uyğunlaşma, effektiv komanda işi və strateji hədəflərə çatmaq bacarıqları ilə yanaşı, liderlik potensialının gücləndirilməsi də uğurlu idarəetmənin əsas tərkib hissələrindəndir. Məhz bu məqsədlə keçirilən kurs iştirakçılarda idarəetmənin əsas prinsipləri üzrə bilik və bacarıqların formalaşdırılmasına xidmət edib.

Proqram çərçivəsində əməkdaşlar 17 mövzunu əhatə edən intensiv təlimlərə cəlb olunub. Kursun məzmunu klassik idarəetmə nəzəriyyələri və müasir praktiki yanaşmalar əsasında hazırlanıb. Təlimlər zamanı iştirakçılar strateji düşüncə, liderlik, qərarvermə, dəyişikliklərə uyğunlaşma, effektiv ünsiyyət və komanda idarəetməsi kimi sahələrdə praktiki biliklər əldə ediblər.

“Əməkdaşlarımızın davamlı peşəkar inkişafı “AccessBank” üçün hər zaman strateji prioritet olub. Bu baxımdan, “İdarəetmənin əsasları” kursunun həyata keçirilməsi Təlim və inkişaf şöbəmizin olduqca dəyərli təşəbbüsüdür. Xəzər Universiteti ilə qurduğumuz əməkdaşlıq çərçivəsində baş tutan bu proqram 52 əməkdaşımız üçün yalnız nəzəri biliklər deyil, eyni zamanda, praktiki bacarıqlar qazanmaq baxımından önəmli imkanlar yaratdı. Əminəm ki, iştirakçılar bu dörd ay ərzində həm özlərini inkişaf etdirdilər, həm də tələbəlik illərinin ruhunu yenidən yaşamaqdan zövq aldılar. Əməkdaşlarımıza uğurlar arzulayır, gələcəkdə də belə təşəbbüslərin davamlı olacağına inanıram”, - bunu “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

Təlim proqramını müvəffəqiyyətlə başa vuran bütün əməkdaşlara akademik sertifikatlar təqdim olunub.

“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta biznesə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-si bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.

“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
6
azertag.az

7Mənbələr