Azərbaycanda dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 4 608 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,7% artıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Bildirilir ki, hesabat dövründə daşınan yüklərin 48,8%-ni neft yükləri təşkil edib.
Hesabata əsasən, dəniz limanları tərəfindən 6830,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 5 553,3 min tonunu və ya 81,3%-nni tranzit yüklər təşkil edib.
Qeyd olunur ki, 2025-ci il iyul ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 277,9 min ton olub.
“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,2% azalaraq 12,7 min nəfər olub”, - məlumatda vurğuıanır.