10 iyul 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Dəniz Limanında keçirilən “Bakı 2025” əməliyyat-taktiki təlimində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi canlı qüvvəsi və xüsusi texnikası ilə təmsil olunub.
SOMDA-dan "Unikal"a verilən məlumata görə, təlim irimiqyaslı fövqəladə hallar zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, xilasetmə əməliyyatlarının koordinasiyası və idarəetmə sisteminin gücləndirilməsi məqsədi ilə keçirilib.
Strateji obyektlərin təhlükəsizliyinin təmin olunması istiqamətində Agentliyin iştirak etdiyi əməliyyat-taktiki təlim uğurla başa çatdırılıb.