AZ

Maqnit qasırğaları hansı xəstələr üçün daha təhlükəlidir? Həkim xəbərdarlıq edir

Terapevt və kardioloq Andrey Kondraxin anormal güclü maqnit qasırğalarının bəzi insanlar üçün daha təhlükəli olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, ürək, ağciyər, nevroloji və xroniki infeksion xəstəlikləri olan şəxslər risk altındadır.

Xüsusilə səkkiz ballıq güclü maqnit qasırğaları zamanı bu risk daha da artır. Həkim bildirib ki, ürək-damar və tənəffüs sistemi xəstəlikləri olan insanlar bu günlərdə diqqətli olmalıdırlar.

Maqnit fonundakı dəyişikliklər nevroloji pozğunluqlardan əziyyət çəkənlər üçün də əlavə yük yaradır. Sinir sistemi zəif olan orqanizm bu dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkir. Eləcə də kəskin infeksiyalarla mübarizə aparan şəxslərin orqanizmi bu əlavə təsirlərlə baş etməyə bilər.

Kondraxin qeyd edib ki, maqnit qasırğalarının təsirini azaltmaq üçün bu günlərdə psixoloji və fiziki yüklənmədən uzaq durmaq, kifayət qədər yatmaq, stimullaşdırıcı maddələrdən çəkinmək vacibdir.

Əvvəllər həkim Aleksandr Umnov da bu mövzuda açıqlama vermiş, maqnit qasırğalarının psixi sağlamlığa mənfi təsir göstərə biləcəyini, xüsusilə depressiv hallar və xroniki xəstəliklərin kəskinləşməsi ilə müşahidə oluna biləcəyini demişdi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
6
e-saglam.az

1Mənbələr