Bakıda zəncirvari yol qəzası baş verib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda - Üzeyir Hacıbəyli küçəsində baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, polis əməkdaşları tərəfindən qəza iştirakçıları yoldan kənarlaşdırılıb və sıxlığın qarşısı alınıb.
Qeyd edilib ki, hadisəyə düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
"Cebheinfo.az"