AZ

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə imzaladı

BAKI, 11 iyul. TELEQRAF

İtaliyanın "Roma" klubu qapıçısı Mile Svilarla müqaviləni yeniləyib.

Teleqraf paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "canavarlar" 26 yaşlı futbolçu ilə 5 illik sözləşmə bağlayıb.

Serb qolkiper 2024/25 mövsümündə İtaliya A Seriyasında meydana çıxdığı 38 oyunun 16-da qapısını toxunulmaz saxlayıb. O, bu göstəricidə liqanın ən yaxşı qapıçısı mükafatına layiq görülüb.

Qeyd edək ki, Mile Svilar 2022-ci ilin yayında azad agent kimi Portuqlaliyanın "Benfika" komandasından "Roma"ya keçib.

Seçilən
10
teleqraf.com

1Mənbələr