AZ

Araz Naxçıvan ın rəqibi Barselona nın sabiq futbolçusu ilə gücləndi RƏSMİ

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Saloniki təmsilçisi "Selta"dan Karles Peresi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı vinger 2025/2026 mövsümünü "Aris"in heyətində keçirəcək. 27 yaşlı futbolçu ötən mövsüm "Xetafe"də icarədə olub.

Karles Peres "Barselona", "Roma" kimi klubların da formasını geyinib.

Xatırladaq ki, “Araz Naxçıvan” – “Aris” qarşılaşmaları iyulun 24-ü və 31-də baş tutacaq.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
sportal.az

2Mənbələr