AZ

Macarıstan nümayəndə heyəti Türk Mədəniyyəti və İrsi Fonduna səfər edib FOTO

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

2025-ci il iyulun 10-da Macarıstanın Türk mədəni əməkdaşlığı və Macarıstan-Türkiyə Elm və İnnovasiya İli üzrə Hökumət nümayəndəsi Péter Hoppál və Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamás Torma Türk Mədəniyyəti və İrsi Fonduna səfər ediblər.

Doğru.az xəbər verir ki, Fondun prezidenti Aktotı Raimkulova ilə keçirilən görüşdə təşkilat ilə Macarıstan arasında əməkdaşlığın mövcud vəziyyəti, həyata keçirilmiş birgə təşəbbüslər və gələcək inkişaf perspektivləri müzakirə olunub. Macarıstanın Fondun müşahidəçi ölkəsi kimi fəaliyyətə verdiyi töhfələr xüsusi vurğulanıb.

Görüşdə mədəni diplomatiyanın gücləndirilməsi və türk-macar xalqları arasındakı tarixi bağların əhəmiyyəti ön plana çəkilib. Ekspert mübadiləsi, akademik əməkdaşlıq və ortaq nəşr layihələrinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Fondun prezidenti Aktotı Raimkulova Macarıstanın təşkilata göstərdiyi davamlı maraq və fəal iştirakını yüksək qiymətləndirib. O bildirib ki, bu əməkdaşlıq türk və Avropa xalqları arasında mədəni körpü rolunu oynayır.

Péter Hoppál Macarıstanın Türk Dünyası ilə əməkdaşlıqda və Fondun fəaliyyətində iştirak etmək istədiyini vurğulayıb, gələcək əməkdaşlıq üçün tövsiyələrini bölüşüb.

Tərəflər həmçinin türk xalqlarının folkloruna həsr olunmuş çoxcildli nəşr layihəsini müzakirə ediblər. Layihə türk xalqının zəngin qeyri-maddi irsini – nağıllar, əfsanələr, atalar sözləri, bayatılar və dastanları sistemləşdirərək gələcək nəsillərə çatdırmağı məqsəd qoyur. Macarıstan bu layihədə iştirak edir və dəstəyi yüksək qiymətləndirilir.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
dogru.az

3Mənbələr