ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İspaniyanın "Atletik Bilbao" klubu antidopinq qaydalarını pozduğuna görə futboldan kənarlaşdırılan müdafiəçi Yeray Alvarezə dəstək bəyanatı yayıb.
İdman.biz xəbər verir ki, daha əvvəl mətbuatda dopinq nümunənin Avropa Liqasında "Mançester Yunayted"ə qarşı ilk yarımfinal matçından sonra götürüldüyü yazılmışdı.
Klubun açıqlamasında bildirilir: "Atletik" Yerayın insani səhvinə görə təəssüf edir və ona tam dəstəyini ifadə edir. Futbolçu sosial şəbəkələrdə paylaşdığı ismarıcda UEFA-nın yoxlamasında müsbət nəticənin onun saç tökülməsi xəstəliyinin müalicəsi zamanı buraxılmış səhvdən qaynaqlandığını izah edib. Biz futbolçunu tam şəkildə dəstəkləyirik".
Qeyd edək ki, 30 yaşlı Alvarez ötən mövsüm "Atletik"in heyətində bütün turnirlərdə 29 oyuna çıxıb və 2 qol vurub.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.