Birləşmiş Ştatlar Çinin qlobal gəmiqayırma bazarında artan üstünlüyünə qarşı mübarizədə Cənubi Koreyanı onunla ortaq olmağa çağırır.
Referans xəbər verir ki, bunu Cənubi Koreyanın ticarət nazirliyinin yüksək rütbəli rəsmisi Çanq Son Qin deyib.
"ABŞ Çinin qlobal gəmiqayırma bazarında artan payı səbəbindən böhran vəziyyətini hiss edir və Koreyaya strateji tərəfdaş kimi baxır", - “Reuters” Qindən sitat gətirib.
Onun sözlərinə görə, Vaşinqton Seuldan gəmiqayırma sektorunda ikitərəfli əməkdaşlıq üçün "ilkin şərt" kimi Çini iqtisadiyyatın digər sektorlarında cilovlamaq üçün addımlar atmağı gözləyir. O, təfərrüatları dəqiqləşdirməyib, ancaq xüsusi olaraq gəmiqayırma sektorunda mümkün əməkdaşlıqdan danışdığını vurğulayıb.
Çanq əlavə edib ki, ABŞ avtomobillər və polad da daxil olmaqla sektoral tarifləri potensial olaraq azaltmaq və ya ləğv etməkdən çəkindiyini bildirib, Vaşinqton isə hazırda 25%-ə çatan qarşılıqlı tariflər üzrə danışıqlar müqabilində Seulun ABŞ-dan enerji və kənd təsərrüfatı məhsulları alışını artırmağı təklif edib.
“Bununla belə, Cənubi Koreyada məsələ siyasi cəhətdən həssasdır”, - Çanq bildirib.
Xəbərləri şərh edən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq hər hansı ikitərəfli danışıqların üçüncü ölkələrə zərər verməməli olduğunu vurğulayıb.
"Çin həmişə tərəflərin iqtisadi və ticarət məsələlərini dialoq və məsləhətləşmələr yolu ilə həll etməsinin tərəfdarıdır, lakin heç bir razılaşma üçüncü tərəflərin maraqlarına toxunmamalıdır", - Mao müntəzəm brifinqdə jurnalistlərə bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta