AZ

Son üç ay ərzində yayımlanmış proqramların janr bölgüsü açıqlandı

BAKI, 11 iyul. TELEQRAF

2025-ci ilin ikinci rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

Bu barədə Teleqraf-a Audiovizual Şuradan məlumat verilib.

Statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü aşağıdakı kimidir:

24,5% - informasiya və analitik proqramlar
16,4% - musiqi və əyləncəli proqramlar
15,8% - idman proqramları
12,0% - bədii filmlər və seriallar
11,8% - reklam məzmunlu materiallar
8,3% - mədəni-maarif janrında proqramlar
3,6% - anonslar, elanlar
3,3% - sosial proqramlar
2,3% - sənədli film və materiallar
1,1% - sosial çarxlar
0,9% - uşaq proqramları və cizgi filmləri

Seçilən
10
teleqraf.com

1Mənbələr