ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Bu ilin I yarısında Azərbaycanda 62 milyard 78,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1% azalıb, qeyri neft-qaz sektorunda isə 3,9% artıb.
ÜDM istehsalının 34,9%-i sənaye, 10,2 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,3%-i tikinti, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 21,1%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10%-ni təşkil edib.
Yanvar-iyun aylarında əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 6 066 manat olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.