Dünya şöhrətli “Most Traveled People” (MTP) səyahət klubunun 30 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Laçın rayonuna gəlib.
APA-nın yerli bürosu xəbər verir ki, nümayəndə heyəti Laçında aparılan bərpa-quruculuq işləri, o cümlədən “Hoçazfilm” yaradıcılıq studiyası ilə tanış olublar.
Qeyd edək ki, 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir.






